“Yuventus” itki ilə üzləşib.
İdman.biz xəbər verir ki, buna İtaliya klubunun müdafiəçisi Bremerin durumuna aydınlıq gəlməsi səbəb olub.
Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Leypsiq”lə matçında xəsarət alan braziliyalı mövsümü bitirib. 6-cı dəqiqədə zədələndiyi üçün əvəzlənən cənubi amerikalı menisk və xaçvarı bağların qırılması üzündən meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq.
Qeyd edək ki, “Yuventus” səfər oyununda 3:2 hesablı qələbə qazanıb.
İdman.biz