AZ

Təyyarədə yanğın: Sərnişinlər təxliyə edildi

İtaliyada havaya qalxmağa hazırlaşan “Ryanair” sərnişin təyyarəsində baş verən yanğın səbəbindən sərnişinlər təxliyə edilib.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, cənubdakı Brindisi şəhərindən şimaldakı Turin şəhərinə uçmağa hazırlaşan “Ryanair”in 8826 saylı reysli təyyarəsinin naməlum səbəbdən havaya qalxmadan əvvəl mühərrikində yanğın baş verib.

Mühərrikinin alovlandığı bildirilən təyyarədə ekipajın da olduğu 184 nəfər fövqəladə prosedur tətbiq edilərək təyyarənin açılan sürüşmələrindən təxliyə edilib və İtaliya yanğınsöndürmə briqadası yanğına müdaxilə edib.

Hadisə zamanı xəsarət alan olmadığı bildirilərkən, hava limanını idarə edən şirkət hadisə ilə əlaqədar “Brindisi” hava limanında bütün uçuşların dayandırıldığını bildirib.

Seçilən
28
cebheinfo.az

1Mənbələr