AZ

Qarabağ və Şərqi Zəngəzura yeni həyat gəlir

Bu gün Qarabağ və Şərqi Zəngəzurda istehsal müəssisələrin qurulması bölgənin iqtisadi inkişafına təkan verəcək.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, işğaldan azad olunan ərazilərdə istehsal müəssisələrinin əsasının qoyulması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına müsbət təsir göstərəcək:

“Dövlət başçımızın işğaldan azad olunan rayonlarımıza tez-tez səfər etməsi, orada həyata keçirilən, eləcə də keçirilməkdə olan işlərlə əyani tanış olması məhz ölkəmiz üçün bunun nə dərəcədə tarixi əhəmiyyət kəsb etdiyini bir daha göstərir.

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Belə ki, müharibə bitdikdən dərhal sonra burada nəhəng bərpa və yenidənquma işlərinin başlanması sözügedən potensialdan tezliklə bəhrələnməyə nail olmaq məqsədi daşıyır.

Bütün bunlar həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşmanı genişləndirəcək. Nəticədə ölkəmizin iqtisadi inkişafı, ümumi daxili məhsul (ÜDM) istehsalının artması üçün əlavə töhfələr verəcək.

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və qısa müddət ərzində inkişafına nail olunması iqtisadi şaxələndirmənin geninləndirilməsi istiqamətdə də öz təsir və nəticələrini göstərəcəkdir”.

Seçilən
15
cebheinfo.az

1Mənbələr