AZ

Azərbaycan-Özbəkistan komanda-qərargah təlimi keçirilir

“Biz gizlətmirik ki, “natamam” sülh təklifinin məqsədi Ermənistanın “konstruktiv tərəf” kimi beynəlxalq imicini formalaşdırmaqdır. İndi heç kim şübhə etmir ki, sülh sazişinin tezliklə imzalanmasına çalışan Bakı deyil, İrəvandır”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki müqavilə” partiyasından olan deputat Ovik Ağazəryan yerli mətbuata deyib.

Müxalifətçi deputat Artur Xaçatryan isə bildirib ki, ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkdakı son danışıqlarda sülhün “natamam” variantını dəstəkləmədiyi üçün proses Bakının təklif etdiyi gündəm əsasında davam etdiriləcək: “Heç kim Paşinyanın razılaşdırılmamış bəndləri çıxarmaq və qalan 13 bəndi imzalamaq təklifini dəstəkləməyib. Amerikalılar deyirlər ki, mətn üzərində iş başa çatdırılmalıdır. Rusiya sülhün yalnız Moskvanın iştirakı ilə qəbul edilən üçtərəfli bəyanatlar əsasında mümkün olduğunu iddia edir. Şəxsən mən Avropadan Paşinyanın ideyasına dəstək görmürəm”.

Artur Xaçatryanın sözlərinə görə, Paşinyana “sülh” sözü yazılmış kağız lazımdır ki, onu erməni xalqına təqdim etsin və bununla da parlament seçkiləri ərəfəsində reytinqini artırsın.

“AzPolitika.info”

Seçilən
3
azpolitika.info

1Mənbələr