AZ

İsrailli hakerlər İranda yanacaqdoldurma məntəqələrinin işini dayandırdılar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin "Red Evils" haker qrupu İranda, xüsusilə də Tehran əyalətində fəaliyyət göstərən onlarla yanacaqdoldurma məntəqəsinin idarəetmə sistemlərinə kiberhücumlar həyata keçiriblər.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə haker qrupu "Telegram" kanalında paylaşım edib.
Bildirilib ki, onlar məlumatları şifrələyiblər və müxtəlif enerji təchizatçılarına məxsus təxminən 130 yanacaqdoldurma məntəqəsinin işini pozublar. Nəticədə bir çox stansiyalar bağlanıb, yanacaq təchizatında fasilələr yaranıb.
Qeyd olunub ki, kiberhücuma məruz qalan şirkətlərdən bəziləri daha öncə İranın İsrailə hücumu zamanı logistik dəstək verib.
Seçilən
5
2
oxu.az

3Mənbələr