AZ

Rəsmi Bakı Litvanın XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə CAVAB verib

Bakı. Trend:

Litva Respublikasının xarici işlər naziri QabrieliusLandsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2oktyabr tarixli iclası zamanı Azərbaycana qarşı səsləndirdiyifikirlər tamamilə əsassız və qəbuledilməzdir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyininmətbuat katibi Ayxan Hacızadənin Litva Respublikasının xarici işlərnaziri Qabrielius Landsberqisin Avropa Şurası ParlamentAssambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dairşərhində deyilir.

"Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalanadirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilədialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlərnazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundanimtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndəheyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz vəhüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfərparlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması,AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermişməlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarladialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlıolduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası NazirlərKomitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-dahüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.

AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə dəərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonraqərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənənmövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilikAzərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsizəruridir.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyəsəs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyasıdeputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlıfikirlərə gəldikdə qeyd edək ki, bu qərar AzərbaycanRespublikasının qanunvericiliyi əsasında suveren hüququmuzçərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədənAvropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur.Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlamentüzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimizyoxdur.

Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərəkAzərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassızfikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milliqanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğunolaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslısübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğunolaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıransanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistanaköçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyasıçərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmətedilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsəErmənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlınınhüquqları barədə danışmır.

Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin özfəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq vəəməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırışetməsi daha yaxşı olardı".

Seçilən
27
45
az.trend.az

10Mənbələr