AZ

Dövlət qoruğu cərimə olundu, məhkəməyə müraciət etdi

İlisu Dövlət Qoruğu məhkəməyə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, İlisu Dövlət Qoruğu barədə Dövlət Əmək Müfəttişliyinin Şəki-Zaqatala Regional idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü( İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 192.6-cı(İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələri ilə inzibati protokol tərtib edilib.

 

İlisu Dövlət Qoruğu qərardan şikayət verərək Qax rayon Məhkəməsinə müraciət edib. İşə Hakim Taleh Kərimovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, protokol təsdiq olunarsa, İlisu Dövlət Qoruğu 192.4-cü maddə üzrə min beş yüz manatadək, 192.6-cı maddə üzrə iki min manatadək məbləğdə cərimə ediləcək.

Seçilən
11
modern.az

1Mənbələr