AZ

Böyük Britaniya Çaqos adalarının suverenliyini Mavrikiyə verəcək

Böyük

London, 3 oktyabr, AZƏRTAC

Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina edəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, illərlə davam edən danışıqlardan sonra əldə olunan tarixi razılaşmaya əsasən, Böyük Britaniya Çaqos adalarını Mavrikiyə (Mauritius) təhvil verəcək. Bu adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasının xüsusi əhəmiyyəti var. Çünki bu ərazi ABŞ hökuməti tərəfindən donanma gəmiləri və uzaqmənzilli bombardmançı təyyarələr üçün hərbi baza kimi istifadə olunur.

Bildirilib ki, Dieqo Qarsiyadakı ABŞ-İngiltərə hərbi bazası fəaliyyətini davam etdirəcək.

Böyük Britaniyanın və Mavrikinin baş nazirləri tərəfindən birgə açıqlanan bu razılaşma, iki ölkə arasında adalar üzərindəki suverenlik mövzusunda onilliklərdir davam edən mübahisələrə son qoyur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
14
3
azertag.az

4Mənbələr