AZ

Azərbaycanda "yaşıl" maliyyə məsələlərinə həsr olunmuş forumun keçirilməsi planlaşdırılır

Bakı. Trend:

Azərbaycanda "yaşıl" maliyyə məsələlərinə həsr olunmuş forumunkeçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti ZakirNuriyev ADA Universitetində “Bakı İqlim dəyişmələri ilə mübarizəüzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən "Özəlmaliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmimasada bildirib.

“Bu ayın sonunda ABA, BMT, Azərbaycan Mərkəzi Bankı və digərmaliyyə institutlarının iştirak etdiyi "yaşıl" maliyyə və dayanıqlıinkişaf mövzusunda forumun keçirilməsi nəzərdə tutulur,” –Z.Nuriyev vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan enerji keçidinimaliyyələşdirmək üçün əhəmiyyətli potensiala malikdir.

Xəbər yenilənəcək

Seçilən
24
az.trend.az

1Mənbələr