AZ

Albaniya parlamentində gərginlik yaşanıb

Həftənin əvvəlində Albaniya parlamentində yaşanan gərginlikdən sonra Baş Assambleyadan kənarlaşdırılan müxalifətçi deputatlarla parlamentin təhlükəsizlik bölməsinin əməkdaşları arasında dava düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu bazar ertəsi ana müxalifətdə olan Albaniya Demokratik Partiyasının  millət vəkillərinin PD-nin deputatı Ervin Salianjinin həbs cəzasına reaksiyası ilə başlayan gərginlik bu gün yenidən parlamentə hakim kəsilib.

Parlamentin təhlükəsizlik bölməsi cəzalandırılan müxalifətçi deputatları içəri buraxmayıb.

Bunun ardınca parlamentin iclasından əvvəl Baş Assambleya zalının qarşısında gərginlik yaranıb. Əvvəlki iclasda səlahiyyəti dayandırılan DP deputatları ilə palamentin təhlükəsizlik bölməsinin əməkdaşları arasında qarşıdurma yaranıb. 

Müxalifət deputatları bəzi nazirlərin və hakim Albaniya Sosialist Partiyasının (PS) üzvlərinin parlamentə daxil olmasına mane olublar.

Çöldəki gərginlik zamanı PD nümayəndələri bəzi heykəlləri yandıraraq kiçik yanğına səbəb olublar.

Digər tərəfdən, gərginliyə baxmayaraq, Parlamentin iclası PS millət vəkillərinin iştirakı ilə baş tutub və təxminən yarım saat davam edib.

Əli Hüseynov

Seçilən
9
bakivaxti.az

1Mənbələr