AZ

"Toyota" Amerikada elektromobil istehsalını təxirə salıb

Yaponiyanın “Toyota Motor” şirkəti Amerikada elektrik avtomobillərinin istehsalına başlamasını 2026-cı ilin birinci yarısına təxirə salacaq.

Modern.az "Nikkei"yə istinadən xəbər verir ki, bu qərar tələbin zəifləməsi və əsas avtomobil bazarında elektromobillərin satışının yavaşlaması ilə bağlıdır.

İlkin olaraq, "Toyota Motor" 2025-ci ildə Kentukkidəki bir zavodda elektrik mühərrikli yeni yolsuzluq avtomobillərinin istehsalına başlamağı planlaşdırırdı və layihəyə 1,3 milyard dollar sərmayə qoyurdu, lakin şirkət bu yaxınlarda layihənin işə salınmasının təxirə salındığını elan etdi.

"Cebheinfo.az"

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr