AZ

“Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır” - Mark Rutte

“Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır. Ukraynada islahatların həyata keçirilməsinə kömək edən yardım paketi var”.

Misiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

"Bildiyiniz kimi, iyulda Vaşinqtonda keçirilən NATO-nun sonuncu sammitində müttəfiqlər razılaşıblar ki, Ukraynanın alyansa üzvlük yolu dönməzdir”, - deyə siyasətçi vurğulayıb.

Rütte qeyd edib ki, Ukrayna günü-gündən güclənir və heç vaxt olmadığı kimi Alyansa qoşulmağa hazırlaşır və bu, üzvlük üçün körpünün qurulmasına kömək edir: 

“Düşünürəm ki, gün gələcək Ukrayna NATO-nun tamhüquqlu üzvü olacaq. Rusiyanın bu məsələyə təsiri və veto hüququ yoxdur”, - deyə siyasətçi əlavə edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr