AZ

AMB-nin tətbiq etdiyi məhdudiyyət İran bankının kredit portfelini 2 dəfədən çox azaldıb - Hesabat

“Bank Melli İran”ın Bakı filialı 2024-cü ilin III rübü üzrə 5,02 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,8 dəfə çoxdur.

"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Filial 2023-cü ilin III rübünü 2,79 milyon manat xalis mənfəətlə başa vurub.

Ötən ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2,18 milyon manat təşkil etdiyi halda, bu ilin 9 ayında 3,72 milyon manata qalxıb.

İlin əvvəlindən bank kiçilməkdə davam edib. Belə ki, bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 118,3 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3% və ya 3,5 milyon manat azdır. Bunun 1 milyon 780 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Filialın kredit portfeli 2.3 dəfə və ya 2,3 milyon manat azalıb.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 72,13 milyon manat, cəmi kapitalı 46,18 milyon manat, yığılmış zərəri isə 27, 43 milyon manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən Mərkəzi Bankın tələbi ilə Filial depozit qəbulu və kredit verilməsini dayandırıb.

Seçilən
6
2
apa.az

3Mənbələr