AZ

Prezidentin müraciəti dünyanın başqa bölgələrində bu cür münaqişələrin vura biləcəyi ziyanla bağlı çağırış xarakterindədir - ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyev "İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciəti müzakirə olunan məsələlərin işığında geniş əhatəlidir, mövzuya birbaşa aiddir, həm insan haqları baxımından, həm də iqlim məsələləri və ətraf mühit baxımından".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Orada Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, işğal nəticəsində vurduğu ziyan, maddi mənəvi abidələrin dağıdılması, təbiətə vurulan ziyan ayrıca vurğulanır və iştirakçıların diqqətinə çatdırılır. Eyni zamanda, uzun illər ərzində Azərbaycanın məhz dinc vasitələrlə münaqişəni həll etməsinə göstərdiyi cəhdlər də qeyd edilir və COP29-la bağlı ayrıca orada fikirlər səsləndirilir və ümumiyyətlə isə Prezident İlham Əliyevin bu müraciəti insan haqları və ətraf mühit müstəvisində yetərincə əhatəli, yetərincə mövzuya aid, diqqət çəkəndir. Yəni orada iştirak edənlər, bilirsiniz ki, toplantıya gələnlər daim Azərbaycanla məşğul olmurlar. Yaxud da ki, onların bəziləri hətta Azərbaycana ilk dəfə gəlir, bizim ölkəmizi, dövlətimizi yetərincə tanımırlar, xalqımızla bağlı yetərincə bilgili deyillər. Əlbəttə ki, onların bilgiləndirilməsi baxımından da belə bir müraciətin olması vacibdir. Yəni həm məlumatlılıq baxımından bu müraciət yerinə düşür, həm də ki, bir çağırış baxımından. Yəni dünyanın başqa bölgələrində bu cür münaqişələrin vura biləcəyi ziyanla bağlı çağırış xarakterindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr