AZ

Kamal Abdulla və Rafiq Əliyevin imza günü... - Foto

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi baş tutub.

Kult.az xəbər verir ki, açılışda mədəniyyət naziri Adil Kərimli, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, xalq yazıçısı Elçin Əfəndiyev və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak ediblər.

Builki yubiley sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.

Sərgidə ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevin birgə yazdığı "Kitabı Dədə Qorqud və qeyri-səlis məntiq" kitabının imza günü keçirilib.

Qeyd olunub ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən də bəhrələnərək ərsəyə gələn kitabda qeyri-səlis məntiq nəzəriyyəsində söylənilən dörd sütun – ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun və münasibətlər sütunu haqqında yazılıb.

Tədbirin sonunda müəlliflər kitabı oxucular üçün imzalayıblar.

Qeyd edək ki, sərgi 8 oktyabra kimi davam edəcək.

Seçilən
16
axar.az

1Mənbələr