AZ

Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

İctimaiyyətin tullantıların düzgün idarə olunması barədə maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə 5 oktyabr tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev parkında keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. 

Qeyd edək ki, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən bu tədbir resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində ayrıca toplayıb təkrar emal etmək məqsədilə təşkil olunur.

Seçilən
13
ekologiya.az

1Mənbələr