AZ

Azərbaycanlı rəssamın portreti hərracda satışa çıxarılacaq

Türkiyənin Ədirnə şəhərində yaşayan azərbaycanəsilli rəssam Xətai Abdullayevin çəkdiyi portret hərraca çıxarılıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, rəssam bir müddət öncə Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq üzrə yarışlarda gümüş medal qazanan idmançı Yusuf Dikeçin fotosunu çəkib.

Abdullayev daha öncə də canlı yayım açaraq portretin arxa fonunda çəkdiyi hədəf nöqtəsinə Yusuf Dikeçin vurmasını istəyib.

İdmançı da rəssamın bu istəyini geri çevirməyib.

Bu çərçivədə yaxın günlərdə canlı yayımda Dikeçin çəkilişindən sonra tamamlanacaq sənət əsəri zəlzələ bölgəsinə kömək məqsədilə hərracda satışa çıxarılacaq.
 
Cəmalə
Seçilən
15
azxeber.com

1Mənbələr