AZ

Ançelotti: “Lill” daha güclü oynadı və layiqli qələbə qazandı

İspaniya çempionu və Çempionlar Liqasının qalibi "Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının ikinci turunda Fransa "Lill"inə 0:1 hesablı məğlubiyyəti şərh edib.

"Operativ Media" xəbər verir ki, o, "Lill"in layiqli qələbə qazandığını bildirib.

“Biz məğlubiyyətə öyrəşməmişik, amma “Lill” daha güclü oynadı və layiqli qələbə qazandı. Etiraf etməliyik ki, bu görüşdə rəqib daha güclü idi. Səhvlərdən nəticə çıxarmaq lazımdır. Əvvəlki məğlubiyyətdən sonra düzgün qərarlar verə bildik. Bu, bizi daha güclü edəcək yaxşı bir dərsdir”.

“Real” 3 xalla 17-ci, “Lill” 3 xalla 18-ci pillədə qərarlaşıb

Seçilən
10
operativmedia.az

1Mənbələr