Tərtər sakininin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi açılıb.
Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Abdullayev Yaşar Nadir oğlunun üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.