AZ

Pan-Afrika hərəkatının lideri: Bakı müstəmləkə siyasətindən əziyyət çəkənlərin səslərinin eşitdirilməsi üçün əlverişli məkandır

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı müstəmləkə siyasətindən əziyyət çəkən insanların danışmaları üçün əlverişli məkandır. Onlar burada nədən əziyyət çəkdiklərini bütün dünyaya izah edə bilirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gender bərabərliyi üzrə ekspert və Pan-Afrika hərəkatının lideri Elizabet Mukugu Obama söyləyib.

O, Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə təşəbbüsünü və gördüyü işləri yüksək qiymətləndirib.

Bildirib ki, Bakı platforması dünyanın hər yerində fərqli formada görünən eyni müstəmləkəçilik və neokolonializm sistemindən əziyyət çəkən insanlara açıqdır.

Seçilən
4
azertag.az

1Mənbələr