AZ

Bruno Genesio “Real” üzərində qələbədən söhbət açdı

“Lill”in baş məşqçisi Bruno Genesio UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Real”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Fransa təmsilçisi İspaniya çempionu, UEFA Çempionlar Liqasının sonuncu qalibi ilə ev oyunundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Fransız mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Biz məhz bunun üçün çox çalışırıq. Bu iş sayəsində biz pərəstişkarlarımız və ailəmizlə inanılmaz duyğuları paylaşa bilərik. İdmanımızı inanılmaz edən də budur. Bu qəbildən qələbələr yaddaşlarda əbədi olaraq qalır”, deyə Bruno Genesio fikrini duyğusalcasına ifadə edib.

2-ci turdan sonra “Real” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 3 xalla 23-cü pillədə qərarlaşıb. “Lill” isə 3 xalla 15-ci pillədədir.

Seçilən
6
arena.az

1Mənbələr