AZ

Bakıda avtobus marşrutlarının hərəkətində dəyişiklik olacaq

Bakıda 5 oktyabrdan etibarən 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi vasitəsilə təşkil olunacaq. Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyi məlumat verib. 


Bu dəyişiklik 28 sentyabrdan etibarən Bakının Nəsimi rayonunun Kovkab Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması ilə bağlıdır.


www.anews.az
Seçilən
12
anews.az

1Mənbələr