AZ

NATO-nun yeni baş katibi Kiyevə getdi


NATO-nun yeni baş katibi Mark Rutte cümə axşamı, oktyabrın 3-də Kiyevə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rutte Ukraynaya dəstək üçün Ukrayna paytaxtına gedib.
Şimali Atlantika Alyansı rəhbərinin səfəri barədə əvvəlcədən məlumat verilməyib.
Səfərin proqramı və müddəti açıqlanmır.
Qeyd edək ki, Mark Rutte Yens Stoltenberqi əvəz edərək NATO-nun 14-cü baş katibi olub. O, oktyabrın 1-də vəzifəsinin icrasına başlayıb. Onun sələfi Yens Stoltenberq 10 il bu vəzifədə olub və 2022-ci ilin əvvəlindən bir neçə dəfə Ukraynaya səfər edib.
Seçilən
11
yeniavaz.com

1Mənbələr