AZ

İran 6 ay ərzində on nüvə başlığına sahib ola bilər - "The Times"

2025-ci ilin aprel ayına qədər İran on istifadəyə hazır nüvə başlığı əldə edə bilər.

Qaziler.az bildirir ki, bu barədə “The Times” MAQATE-nin keçmiş baş direktor müavini Olli Heynonenə istinadla yazır. Onun sözlərinə görə, İranın oktyabrın 1-nə keçən gecə İsrailə atdığı raketlər gələcəkdə nüvə başlıqlarının çatdırılması üçün istifadə oluna bilər.

“Bu raketlərin köməyi ilə heç bir ölkəni məhv etmək mümkün deyil, ancaq siz onu təhdid edə və danışıqlarda daha yaxşı mövqe tuta bilərsiniz”, - Hayinonen bildirib.

Heynonen hesab edir ki, nüvə silahının mümkün istifadəsi Tehran üçün böyük risklər yaradacaq. Buna görə də İran hakimiyyəti çox güman ki, danışıqlar prosesində ondan təhdid vasitəsi kimi istifadə etməklə kifayətlənəcək.

QAZİLER.AZ

Seçilən
17
1
qaziler.az

2Mənbələr