AZ

“Bank Melli İran” Bakı filialı 3-cü rübdə kiçilib

“Bank Melli İran” Bakı filialı 2024-cü ilin 3-cü rübünü (yanvar-sentyabr) 5 milyon 24 min manat xalis mənfəət ilə başa vurub. Filial 2023-cü ilin eyni aylarını 2 milyon 794 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artımdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin yanvar-sentyabr aylarında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 2 milyon 177 min manat ikən, bu ilin 9 ayında 3 milyon 723 min manata qalxıb.

Bu il oktyabr ayının 1-nə İran bankının aktivləri 118 milyon 298 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 3% azdır. Bunun 1 milyon 780 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 2.3 dəfə azalıb.

Seçilən
7
banker.az

1Mənbələr