AZ

ABŞ-da 68 neonasist qrupun üzvü ittiham olunur

ABŞ hakimiyyəti 68 nəfəri neonasist qruplaşmada iştirakda ittiham edib. Bu barədə çərşənbə günü ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Dəstə Kaliforniyanın cənubundakı San Fernando vadisində yerləşirdi. Bəyanatda deyilir ki, təşkilatın üzvləri “nasistlərin tatuirovkalarından, qraffitilərindən və simvollarından öz ekstremist ağ irqçi ideologiyalarını nümayiş etdirmək üçün istifadə edirlər”. “Döymələr və simvollar arasında svastika və “Heil Hitler” kodlu şüarı olan 88 rəqəmi, habelə nasist təyyarələrinin təsvirləri var idi”, - departament qeyd edir.

Qrupun iştirakçıları, o cümlədən narkotik vasitələrin satışı, quldurluq, bank fırıldaqları, şəxsi məlumatların oğurlanması və qanunsuz odlu silah saxlamaqda ittiham olunurlar. Artıq 42 dəstə üzvü saxlanılıb. Onları ömürlük həbs gözləyir.

Oxuməni.az

Seçilən
15
oxumeni.az

1Mənbələr