AZ

Oqtay Qasımov: Qərb İsraili dəstəkləməyə davam edəcək- ÖZƏL

"İsrail-İran qarşıdurmasında ABŞ və Aİ-nin əksər ölkələri, xüsusilə İngiltərə, Fransa və digərləri birmənalı şəkildə İsraili müdafiə edirlər. Belə ki, iki gün öncə İran raketlərlə İsrailə hücum etdiyi zaman qeyd edilən ölkələrin hava hücumundan müdafiə sistemləri məhz bu raketlərin zərərsizləşməsində iştirak etdilər".

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"ABŞ-nin İsrailə dəstəyi tamdır, hər zaman belə olub və uzun müddət də belə olacağı şübhə doğurmur. Onların İsraili dəstəkləməsi İranın, o cümlədən ona bağlı proksi qüvvələrin vəziyyətini xeyli gərginləşdirir. Məhz İsrailə verilən dəstək sayəsində son bir ildə İsrail Qəzza və Livanın cənubunda əməliyyatlar apararaq özünün təhlükəsizliyini təmin etməyə çalışır. Eyni zamanda İsrailin İrana cavab verəcəyiylə bağlı məsələlərdə də bu dövlətlərin dəstəyi var. Sadəcə olaraq bu dəstəklə bərabər müəyyən fikir ayrılıqları da var. Belə ki, ABŞ və İsrail İrana veriləcək cavablarla bağlı məsələlərdə fərqli yanaşma sərgiləyirlər. Amerika bu cavabın müəyyən məhdud çərçivədə və təmkinli olaraq verilməsini istəyir. İsrail isə İrana daha çox acı verici bir zərbə vurmaqla daha çox zərərə uğratmaq niyyətindədir. Bu baxımdan bu güclər Yaxın Şərqdə sabitliyin olmasını istəyirlər. Amma bu zaman İsrailin maraqlarını nəzərə almaq məcburiyyətindədirlər, çünki bu maraqlar nəzərə alınmayacaqsa, İsraili dayandırmaq heç də asan olmayacaq. Necə ki, bir neçə ay sonra İsrail HƏMAS danışıqları ilə bağlı Amerikanın mövqeyini gördük, o, məhz o zaman atəşkəslə bağlı Bayden planını irəli sürdü, amma İsrail bunu qəbul etmədi. Ardınca vəziyyət gərginləşdi. Qeyd etdiyimiz güclərin İsrailə dəstəyi var, amma bir çox faktiki məsələlərdə də fikir ayrılıqlarının olduğu göz önündədir. Bütün hallarda Qərb, o cümlədən Amerika İsraili dəstəkləməyə davam edəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr