AZ

4SİM və ESRI 300 tələbəyə GIS bacarıqlarını inkişaf etdirməyə imkan yaradır

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində geniş nüfuza malik olan ABŞ-nin "ESRI" şirkəti ilə əməkdaşlıq çərçivəsində "Tələbələr üçün ArcGIS" layihəsinə start verir.

“İki sahil” xəbər verir ki,  4SİM-in təşkilatçılığı ilə "ESRI" şirkətinin nümayəndələri tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan, hər universitetdə 100 nəfər olmaqla, ümumilikdə 300 tələbə üçün "ArcGIS" platformasına ödənişsiz lisenziya təqdim olunacaqdır.

Layihənin tələbələrə ətraflı izahı və təqdimatın həyata keçirilməsi məqsədilə hər üç universitetin müəllim və tələbə heyətinin iştirakı ilə onlayn formada məlumat sessiyası keçirilib.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm-sənaye klasteri 4.0”-ın formalaşdırılması istiqamətində görülən tədbirlər sırasında olan bu layihənin əsas məqsədi tələbələrin rəqəmsal xəritələşdirmə və məkan analizi üzrə bilik və bacarıqlarını genişləndirmək, onlara ESRI-nin tanınmış ArcGIS platformasının tam funksionallığına çıxış imkanı yaratmaqdır. Tələbələr, CİS alətləri vasitəsilə real problemlər üzərində işləyərək, praktiki təcrübə qazanacaq və gələcək karyeralarını bu sahədə inkişaf etdirmək üçün əhəmiyyətli bir addım atacaqlar.

Universitetlər 9 ay ərzində "ArcGIS" lisenziyalarından ödənişsiz istifadə ilə təmin olunacaq. Tələbələr, "ESRI"-nin geniş təlim resurslarına, onlayn kurslara və dünyanın GIS üzrə ən böyük onlayn təlim platforması olan ESRI MOOC-a (Massive Open Online Course), eləcə də, yer kürəsinin real vaxt rejimində xüsusi rəqəmsal atlasına çıxış əldə edəcəklər.

Seçilən
16
1
ikisahil.az

2Mənbələr