AZ

Qripə yoluxmaq istəmirsinizsə, bu 3 şeyə diqqət edin

Payızın başlaması ilə mövsümi qriplər də sürətlə yayılmaqdadır. Bəs necə etmək lazımdır ki, insan qriplərə yoluxmasın. Hətta bir çox insanlar qripə çox həssasdırlar. Qripdən qorunmağın ən təsirli 3 yolu var.

Ölkə.Az xəbər verir ki, bu barədə açıqlama verən yoluxucu xəstəliklər üzrə türkiyəli həkim Servet Kayhan qripdən qorunmağın ən təsirli 3 yolunu açıqlayıb - peyvənd olunmaq, əl gigiyenasına diqqət yetirmək və immuniteti gücləndirmək.

Kayhan onu da qeyd edib ki, tənəffüs yolu infeksiyalarından qorunmaq üçün xüsusilə 65 yaşdan yuxarı insanlar və xroniki ağciyər xəstəliyi olanlara mövsümi qrip peyvəndini tövsiyə edib.

Mürtəza
Ölkə.Az

Seçilən
21
olke.az

1Mənbələr