AZ

Diddi və Trampla bağlı dəhşətli faktlar üzə çıxdı

"Diddy" və "Puff Daddy" ləqəbli amerikalı reper, prodüser Şon Kombsun şantaj, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham oldunduğu ilə bağlı məlumat vermişdik. Sentyabrın 16-da bu kimi ittihamlarla saxlanılan Diddinin davam edən məhkəməsində yeni detallar üzə çıxıb.

Publika.az xəbər verir ki, məhkəmə prosesi zamanı azyaşlı uşaqlar da daxil olmaqla 100-dən çox zərərçəkənin olduğu məlum olub.

İddianamədə Diddinin əməkdaşlarının bu təşkilatlarda iştirak etdiyi və onların gizli saxlanmasına köməklik etdiyi qeyd edilib. Diddi özünü təqsirli bilməsə də, hazırda Bruklindəki Metropoliten Təcridxanasında zaminə buraxılmadan saxlanılır.

"Mən bu qurbanların yaşlarına diqqət yetirmək istəyirəm. Qurbanların yaşlarına baxdıqda bu iş daha da acınacaqlı olur" deyə vəkil Toni Buzbi çərşənbə axşamı Texas ştatının Hyuston şəhərində keçirilən mətbuat konfransında bildirib.

O, zorakılıq hallarının 30 ildir davam etdiyini və qurbanların arasında ən kiçiyinin 9 yaşı olmaqla, 25 uşağın da olduğunu qeyd edib. Həmçinin Buzbi reperin istismar etdiyi uşaqları “səni ulduz edəcəm” sözü ilə aldatdığını iddia edib.

Vəkil iddia edilənləri sübut etmək üçün fotoşəkillər, videolar və mətn mesajları da daxil olmaqla bir çox dəlilin toplandığını və bunun bir çox "güclü insanları" və çirkli sirləri ifşa edəcəyini bəyan edib.

Həmçinin qurbanların ifadəsi cinsi təcavüz iddiası ilə bir çox məşhuru da ifşa edəcək.

FTX 2024-cü ilin mart ayında Diddinin Los-Anceles və Mayamidəki evlərinə basqın edib və litrlərlə uşaq yağı, seks oyuncaqları, video kasetlər, silah və sursat ələ keçirilib. Bu arada yeni iddiaya görə, ələ keçirilən körpə yağlarının əslində maye halına çevrilmiş narkotik maddə olduğu bildirilir.

Bu arada, Diddi zəhərlənib öldürüləcəyindən qorxaraq həftələrlə yemək yeməyib. Bir neçə gün öncə ona məhkəmə qərarı ilə maye əlavələri verilib. Diddinin növbəti məhkəməsi oktyabrın 9-da olacaq.

“Epstein”-in 712 səhifəlik faylında Diddinin adı 114 dəfə çəkilir. İkinci ən çox adı çəkilən isə “əziz dostum” adlandırdığı model Naomi Kempbelldir. “Parlaq Hollivud” xəyalı kimi cəmiyyətə satılan kino və musiqi sənayesi əslində cinayət, qan və göz yaşları ilə bəzənmiş qaranlıq bir sənayedir. Xüsusən də uşaqlar üçün... Diddi məsələsi göstərir ki, ailələr pul və şöhrət naminə övladlarından necə imtina ediblər.

Aralarında o da var...

Aralarında məşhur simaların da yer aldığı qurbanlardan birinin Castin Biber olduğu iddia edilir. Castinin 15 yaşında Diddi ilə 48 saat vaxt keçirməsi və birlikdə əylənməsinin videoları yenidən gündəmə gəlib.

Seçilən
4
1
publika.az

2Mənbələr