AZ

"Regiona nəzarət etmək istəyənlər Azərbaycana təzyiq göstərirlər" - Açıqlama

“Azərbaycanın sülh müqaviləsinə təklif etdiyi müddəalar regionda sülhün dayanıqlı və daimi olmasını təmin etməyə yönəlib. Digər tərəfdən, bu müddəalar regionda iqtisadi inkişafa təkan verən məsələlərdir. Bunlar həm regiondakı xalqlar, həm də dövlətlər üçün çox məqbul təkliflərdir. Ermənistan isə gah Şimala, gah da Qərbə üz tutur”.

Bunu Bakupost.az -a millət vəkili Aydın Hüseynov deyib.

O qeyd edib ki, Ermənistan sülh müqaviləsini nə qədər tez bağlasa, bu, onun xeyrinə olar:

“Regiondakı böyük logistik imkanlara nəzarət etmək istəyənlər Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək istəyirlər. Sülhün gecikməsini şərtləndirən məsələlər bunlardır. Bu isə mümkün olmayacaq. Ermənistan Qərbin çətiri altına sığınır, onun maraqlarına uyğun fəaliyyət göstərir. Qərbin marağı isə ondan ibarətdir ki, regionda söz sahibi olsun. Regionda isə konkret olaraq söz sahibi Azərbaycandır. İqtisadi, siyasi, hərbi baxımdan Azərbaycan regionda xüsusilə, Cənubi Qafqazda güc mərkəzidir".

Sevinc,
BakuPost
Seçilən
5
bakupost.az

1Mənbələr