AZ

Hansı qidalar ömrü uzadır?

Məşhur diyetoloq Melissa Caqer uzunömürlülüyü təmin edən qidaların adını açıqlayıb. O, bu barədə Daily Mirror-a danışıb.

Mütəxəssisin fikrincə, uzunömürlü olmaq istəyənlər rasionlarına qoz, badam, püstə və ya çia toxumu kimi omeqa-3 yağları ilə zəngin qidalar daxil etməlidirlər.

Caqer onu da əlavə edib ki, yulaf əzməsi də pəhrizə daxil edilməlidir.  Çünki o, həzmi, bağırsaq funksiyasını və müvafiq olaraq çəkiyə nəzarəti yaxşılaşdırmağa kömək edir. Bunun üçün şəkər əlavə edilmədən sadə, minimal işlənmiş yulaf ezmesi seçmək daha yaxşıdır.

Bundan başqa, quru lobya və meyvələr də əla lif mənbəyidir.

Tural

Seçilən
16
news365.az

1Mənbələr