AZ

“Sülh müqaviləsində azərbaycanlıların geri qayıtması ilə bağlı bənd yoxdur” – Ermənistan XİN-in müavini

“Ermənistan hökuməti hər zaman hazırdır və səmimi şəkildə qonşuları ilə münasibətlərin normallaşmasını istəyir. Təəssüf ki, bu, təkcə Ermənistandan asılı deyil”.

Herbiand.az news.am-a istinadən bildirir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərlə söhbətində bildirib.

“Ancaq bu o demək deyil ki, biz danışıqları istənilən nöqtədə kəsməli və ya dayandırmalıyıq. Biz prosesdə müsbət iştirakımızı davam etdiririk”, - nazir müavini bildirib.

Ermənistan üçün qırmızı xətlərin olub-olmaması, məsələn Azərbaycanın tələbi ilə Konstitusiyanın dəyişdirilməsi və ya Ermənistanın heç bir şəkildə razılaşmayacağı azərbaycanlıların geri qaytarılması məsələsi ilə bağlı suala cavab olaraq Kostanyan əmin edib ki, 300 min azərbaycanlının qaytarılması məsələsi danışıqlara daxil deyil: “Siz hamınız Azərbaycandan gələn və müxtəlif platformalarda səslənən bəyanatları eşidirsiz. Biz onlara lazım olduqda həm ictimai, həm də digər formatlarda cavab veririk. Hesab edirəm ki, biz Azərbaycanın uydurma tezislərindən istifadə etməməliyik”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr