AZ

Toplum TV nəşrinin işi üzrə təqsirləndirilən şəxslərin həbs müddəti 3 ay uzadılıb

Bu gün Bakının Xətai Rayon Məhkəməsi istintaqın Toplum TV-nin işi üzrə təqsirləndirilən şəxslərin ilkin həbs müddətinin uzadılması haqqında vəsatətini təmin edib.

Belə ki, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) direktoru Akif Qurbanovun, DTİ-nin üzvü Ruslan İzzətlinin, fəal İlkin Əmrahovun, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin və bu nəşrin əməkdaşları Müşfiq Cabbar və Əli Zeynalovun həbs müddətləri üç ay uzadılıb.

Vəkillər işin fiqurantlarının həbsdə saxlanılmasının əsassız olduğunu bildiriblər və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.

Daha bir fəalın - Ramin Babayevin həbs müddətinin uzadılması məsələsinə oktyabrın 4-də baxılacağı ehtimal olunur.

* 6-8 mart tarixlərində Toplum TV və onun tərəfdaşı olan təşkilatın - Demokratik Təşəbbüslər İnstitutunun 9 jurnalisti saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib. İşin fiqurantları ittihamları təkzib edir. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar.

Seçilən
11
turan.az

1Mənbələr