AZ

Saadettin Donatın Azərbaycan çempionatında HƏDƏFİ

“Azərbaycanda ilk mövsümümü keçirəcəyəm. Hazırda “Sumqayıt” səylə məşqlərini davam etdirirəm”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Saadettin Donat klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandanın yeni transferi yeni mövsümdən gözləntilərini açıqlayıb: “Taktiki məşğələlər keçirik, oyunçular bir-birini tanımağa çalışır. Baş məşqçimiz bizə çox kömək edir. Yeni komandayıq, hələ sıralarımıza qoşulanlar da olacaq. Fikrimcə, gündən-günə daha yaxşı olacağıq. Çempionatın startına qədər iki hazırlıq oyununda qüvvəmizi sınayacağıq. Öz qrupumuzda 1-ci yeri tutmaq və nəticədə pley-offa vəsiqə qazanmaq istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Basketbol Liqasının ilk oyununda “Ordu”nu sınağa çəkəcək. Matç oktyabrın 20-də keçiriləcək.

İdman.biz

Seçilən
11
idman.biz

1Mənbələr