AZ

Arvadının Taysona etdiyi xəyanətlə bağlı yeni fakt ortaya çıxıb

Boks üzrə dünya çempionu, əfsanəvi döyüşçü Mayk Taysonun həyat yoldaşının Bred Pittlə etdiyi xəyanətin barəsində yeni fakt ortaya çıxıb. 

News24.az xəbər verir ki, hadisə günü Tayson tədbirlərin birində olub. Həyat yoldaşı Robin Givens onun evə gələcəyini heç düşünməyib, çünki həmin ərəfələrdə Maykla münasibətləri olduqca soyuq idi. 

Gecə Bred Pittlə sevişdiyi zaman evə qəfl Mayk Tayson gəlib, içkili olan Tayson sevgililəri yataq otağında görüb. M.Tayson həmin gün əslində həyat yoldaşı ilə barışmağa gəlmişdi. Lakin gördüyü mənzərə hər şeyi puç eləmişdi. 1989-cu ildə baş verən bu, hadisə ilə bağlı müsahibələrin birində danışan əfsanəvi boksçu bunları deyib: "Pitt qorxudan əsirdi, həyəcandan çənəsi dişlərinə birləşmişdi, onu döyməməyim üçün acizanə şəkildə yalvarırdı. Onun yalvarışı çox ağır mənzərəni xatırladırdı”.

Qeyd edək ki ki, Tayson bu hadisədən sonra evliliyini qorumağa çalışsa da, arvadı ona xəyanət etməyə davam edib və bunun nəticəsi kimi cütlük ayrılıb.

Ağa


Seçilən
18
news24.az

1Mənbələr