AZ

Qəzzada ölənlərin sayı 41 min 788-ə yüksəlib

İsrailin sıx hücumlar həyata keçirdiyi Qəzza zolağında həyatını itirən fələstinlilərin sayı 41 min 788-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 363 gündür Qəzza zolağında soyqırım həyata keçirir. Beynəlxalq ictimaiyyət İsrail qüvvələrinin hava zərbələri və reydlərlə mülki əhalini hədəfə alan hərəkətlərinə sussa da, regionda humanitar vəziyyət kritik səviyyədə qalır.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin son 24 saat ərzində həyata keçirdiyi 8 hücumda 99 mülki vətəndaşın həyatını itirdiyi, 169 mülki vətəndaşın isə yaralandığı bildirilib. Fələstinlilərə qarşı 7 oktyabrdan bu yana davam edən hücumların balansının da yer aldığı açıqlamada, ümumi can itkisinin 41 min 788-ə, yaralı sayının isə 96 min 794-ə yüksəldiyi bildirilib.

İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada HƏMAS lideri Yəhya Sinvarın sağ əli və ən yaxın dostlarından biri olan yüksək vəzifəli Ravhi Muştahanın 3 ay əvvəl İsrailin hücumu nəticəsində öldürüldüyü iddia edilib.

Seçilən
9
sia.az

1Mənbələr