Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 8-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib. “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. "Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat cərimələnib. Eyni matçda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz təmsilçisi 700 manat cərimə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta