AZ

Rusiya 3 ayda Ukraynada 589 dinc sakini öldürüb – BMT hesabat açıqladı

İyun, iyul və avqust aylarında Ukraynada hərbi əməliyyatlar nəticəsində 589 dinc sakin həlak olub, 2685 mülki şəxs isə yaralanıb.

“AzPolitika” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının son hesabatında deyilir.

BMT ekspertləri qeyd edirlər ki, üç yay ayında ölən və yaralanan mülki əhalinin sayı 300 – yaz aylarına nisbətən 45% çox olub. İitkilərin əksəriyyəti Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə baş verib.

Ən qanlı gün iyulun 8-də - Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrin birgə zərbəsi nəticəsində 43 nəfərin həlak olduğu gün olub.

BMT ekspertləri xüsusilə qeyd edirlər ki, onlar avqustun 6-da Ukrayna qoşunlarının daxil olduğu Kursk vilayətində dinc əhali arasında itkilərin sayını hələlik hesablaya bilmirlər.

“Biz bu işğalla əlaqədar ölən və ya yaralanan mülki şəxslərin bəzilərini müəyyən etdik, lakin bu itkilərin hansı şəraitdə baş verdiyini dəqiq məlumat əldə edə bilmirik. Avqust ayında biz Rusiya hakimiyyət orqanlarından bu məqsədlər üçün giriş imkanı verməsini xahiş etdik, lakin hələ də buna icazə verilməyib”, - deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının öz press-relizində izah edilir.

Ümumilikdə, BMT-nin hesablamalarına görə, Rusiyanın başlatdığı müharibə nəticəsində 11 743 ukraynalı mülki şəxs həlak olub, 24 614 nəfər yaralanıb.

“AzPolitika.info”

Seçilən
19
azpolitika.info

1Mənbələr