AZ

HƏMAS hökumətinin başçısı da İsrailin hücumu nəticəsində ölübmüş


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS qruplaşmasının Qəzzadakı hökumətinin başçısı Ravi Muştahın və hərəkatın daha iki üzvünün zərərsizləşdirildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail ordusu rəsmi “Telegram” kanalında məlumat yayıb.
IDF-nin məlumatına görə, onlar təxminən üç ay əvvəl öldürülüb.
Söhbət Qəzza zolağında HƏMAS hökumətinin rəhbəri ilə yanaşı, hərəkatın Siyasi Bürosunda olan təhlükəsizlik naziri Sameh əl-Sərrac və HƏMAS-ən “İzzəddin əl-Qəssam” briqadasının komandiri Sami Odehdən gedir.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağının şimalında möhkəmləndirilmiş və təchiz olunmuş yeraltı kompleksdə gizlənən terrorçuları vuraraq məhv edib. Kompleks HƏMAS üçün komanda və idarəetmə mərkəzi rolunu oynayıb”, - deyə İsrail ordusunun bəyanatında qeyd edilib.
HƏMAS yüksək vəzifəli məmurların ölümünü təsdiqləməyib.
IDF həmçinin bildirib ki, Muştaha HƏMAS lideri Yəhya Sinvarın sağ əli və onun ən yaxın silahdaşlarından biri olub. Müştaha və Sinvar İsrail həbsxanasında birlikdə həbs cəzası çəkiblər və daha sonra HƏMAS-ın ümumi təhlükəsizlik mexanizmini birlikdə qurublar.
Müştəha Qəzza zolağında HƏMAS siyasi bürosunun ən yüksək vəzifəli şəxsi hesab olunurdu.
Seçilən
3
yeniavaz.com

1Mənbələr