AZ

Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir - Qərbi Azərbaycan İcması

Bakı. Trend:

Litvanın xarici işlər naziri Qabrieulius Landsberqis AvropaŞurasının Parlament Assambleyasında bir sıra anti-Azərbaycanfikirlər səsləndirib.

Trend xəbər verir ki, bubarədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, Litvanın xüsusən Vətən müharibəsindən sonrasistemli xarakter almış anti-Azərbaycan fəaliyyəti ikrahdoğurur:

“Lazım bildiyim anda Azərbaycanda sui-istifadə halları ilə bağlıaçıqlamalar verəcəm” kimi şit və təkəbbürlü bəyanatlarla Litvanaziri özünü və ölkəsini gülünc vəziyyətə salır. Təəssüf ki, bu günQərbdə Azərbaycanofobiya mərəzinə yoluxmuş, danışdığı sözünmahiyyətini dərk etməyən, iddiası ilə imkanları tərs mütənasibolan, dövlətçilik təfəkküründən uzaq çoxlu sayda qeyri-ciddi,diletant siyasətçi var.

Öz ərazisində milli azlıqların hüquqlarını kütləvi və sistemlişəkildə pozan, vətəndaşsızlıq hallarına səbəb olan LitvaAzərbaycana insan hüquqları mövzusunda nəyisə öyrətmək haqqınasahib deyil. Litva qoy gedib müxtəlif xalqların harmoniya içindəyaşamasını Azərbaycandan öyrənsin. Litva Fransa, Niderland, Kanadailə birlikdə Azərbaycana “öyüd-nəsihət verə bilən” axırıncıölkələrdəndir.

Reç Pospolitanın xiffətini çəkən litvalı nazir müstəqilliyinibirinci olaraq tanıdıqları Ermənistan rəsmilərinin ən azı sözdəifadə etdikləri “mifik Ermənistan”dan “real Ermənistan”a keçidniyyəti kimi “real Litva”ya keçməlidir.

Q.Landsberqisin qayıdış hüququnu yalnız etnik ermənilərə aidetməsi, Ermənistanın etnik təmizləməsinə məruz qalmış bir milyondanartıq azərbaycanlıya, o cümlədən qərbi azərbaycanlılara qarşıayrı-seçkiliyin, qərəzin, onun səlibçi təfəkkürününgöstəricisidir.

Avropa Şurası Parlament Assambleyasının bir ovuc rasist vəkorrupsioner üzvünün Azərbaycana girişinə icazə verilməməsiməsələsinə gəldikdə, vurğulamaq lazımdır ki, suveren bir dövlətkimi onlara giriş qadağası qoymaq tamamilə Azərbaycanın haqqıdır.Litvalı nazirin bununla bağlı da açıqlamaları lüzumsuzdur. Həminaddım Azərbaycana və Azərbaycan xalqına qarşı etnik və diniayrı-seçkiliyin ifşa edilməsinə və insan hüquqlarının təşviqinəxidmət edir".

Seçilən
15
20
az.trend.az

10Mənbələr