AZ

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdamda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Olaylar xəbər verir ki, səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.

Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanına çevrildiyi bildirilib, basdırılmış minaların regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
olaylar.az

1Mənbələr