AZ

Məşhur reperin məhkəmə işi - Şantaj, zorakılıq, cinsi istismar və s.

"Diddy" və "Puff Daddy" ləqəbli amerikalı reper, prodüser Şon Kombs günlərlə davam edən cinsi təcavüzlərin qeydə alındığı şənliklər təşkil etməkdə ittiham olunur. "Puff Daddy" Combs tərəfindən cinsi təcavüzə və zorakılığa məruz qaldıqlarını ifadə edən 120 nəfərin olduğunu açıqlanıb.

News24.az xəbər verir ki, Kombsun bəzən günlərlə davam edən və adətən qeyd olunan “Freak Offs” adlı məclisləri daha çox evlərində təşkil etdiyi və bu məclislərdə insanları cinsi əlaqəyə məcbur etdiyi bildirilib.

Mövzu ilə bağlı mətbuat konfransı keçirən Nyu York Cənub Bölgəsi prokuroru Damian Williams, Kombsun təkbaşına hərəkət etmədiyini, reperin cangüdənlərinin, evdəki işçilərinin və ortaqlarının da bu cinayətdə şərik olduğunu bildirib.

Qeyd edək ki, bu iddiaların ardınca keçmişi araşdırılan Kombsun bir çox ABŞ siyasətçisinin və məşhur adın fotoşəkilləri ortaya çıxıb.

Eyni zamanda, Kombs sentyabrın 16-da “cinsi alver, məcburi əmək, adam oğurluğu, saxlama, narkotik maddə saxlamaq, rüşvət alma və ədalət mühakiməsinə mane olmaq” ittihamları ilə saxlanılıb.

Bundan əlavə, reperin keçmiş sevgilisi Ventura noyabr ayında reperi ona qarşı cinsi və fiziki zorakılıqda ittiham edib. 

Venturanın açdığı iddiadan sonra Kombsa qarşı cinsi təcavüz ittihamları artmağa davam edib. Venturadan sonra daha üç qadın Kombsu zorlamada ittiham edib.

Digər tərəfdən, Combs Instagram hesabında etdiyi paylaşımda ittihamları rədd edərək, bu iddiaların tez pul qazanmaq istəyən insanlar tərəfindən edildiyini müdafiə edib. Məşhur reperin vəkilləri də iddia və ittihamları “əsassız” və ya “xəstəlik” adlandırıblar.

Günahı sübuta yetirilərsə, Kombs minimum 15 il, maksimum ömürlük həbs cəzası gözləyir.


Günel Məlikzadə


Seçilən
23
news24.az

1Mənbələr