AZ

COP29 çərçivəsində ambisiyaları artırmaq və fəaliyyətləri aktivləşdirmək zəruridir - Muxtar Babayev

Bakı. Trend:

COP29 çərçivəsində dünya liderlərinin qarşısında Paris Sazişininvə İqlim Dəyişmələri üzrə Qlobal Fəaliyyət Planının yerinəyetirilməsini təmin etmək vəzifəsi durur.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev ADA Universitetində keçirilən “İqlimdəyişmələrində ali təhsilin rolu: iqlim dəyişmələri üzrə Azərbaycanuniversitetləri şəbəkəsinin yaradılması yolunda” adlı tədbirdədeyib.

“Dünyada hər 2 uşaqdan biri iqlim dəyişmələrinin yaratdığı sondərəcə yüksək risk zonasına düşən ölkələrdə yaşayır. Hər il iqlimdəyişmələrinin nəticələri 40 milyona yaxın uşağın təhsilə çıxışınatəsir edir. Lakin COP konfransında gənclərin çıxışları göstərib ki,BƏƏ-də əldə olunan razılıq sayəsində gəncləri iqlim gündəliyininmərkəzinə qoymaq üçün mühüm addım atılıb. Gələcək COP29 sammitindədünya liderlərinin qarşısında Paris Sazişinin və İqlim Dəyişmələriüzrə Qlobal Fəaliyyət Planının yerinə yetirilməsini təmin etməkvəzifəsi durur.

Paris Sazişinin vədlərini reallaşdırmaq və gələcək nəsillərəiqlim həlləri təqdim etmək üçün ambisiyaları artırmaq vəfəaliyyətləri aktivləşdirmək lazımdır. Bu, milli iqlim planlarınındaha ambisiyalı parametrlərini müəyyənləşdirmək və ümumi iqlimməqsədlərini nəzərdən keçirib gücləndirmək deməkdir.

Bu, milli hökumətlərin, milli adaptasiya planlarının və ekolojicəhətdən təmiz nəqliyyat həllərinin töhfəsi ilə bağlıdır. Biz butəşəbbüslərin həyata keçirilməsini təmin etməli və aktiv iqlimfəaliyyətini stimullaşdırmalıyıq”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu prosesin ən vacib elementi Azərbaycanali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi vəsinerji yaradılması olacaq ki, bu da iqlim məsələlərinin həlli üçünhazır olan milli elmi icma formalaşdırmağa imkan verəcək.

“Biz gənclərə dayanıqlı gələcək yaratmaq üçün lazım olan ekolojibacarıqları öyrənməyə kömək edə bilərik və iqlim dəyişmələrisahəsində daha dərin bir təhsil verərək uşaqların və gənclərinambisiyalarına cavab verə bilərik. Rollback tədqiqatına görə,gənclərin 60 faizi iqlim dəyişmələri barədə kifayət qədər məlumatalmadıqlarını düşünür. Bu, iqlim gündəliyinin təhsil sisteminə dahafəal şəkildə inteqrasiyası zərurətini göstərir. Uşaqlarımız vəgələcək nəsillərimiz üçün daha dayanıqlı bir dünya yaratmaq üçünqərarlı addımlar atmağın zamanı gəldi”, - M.Babayev əlavə edib.

Seçilən
14
2
az.trend.az

3Mənbələr