AZ

AFFA Premyer Liqanın 4 klubunu 700 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və İkinci Liqa ilə bağlı qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, iclasda bu turnirlərin son oyunları çərçivəsində qeydə alınmış qayda pozuntularına belə hüquqi qiymət verilib:

Azərbaycan Premyer Liqası, 8-ci tur

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib.

“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib. “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 700 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 8-ci tur

“Şamaxı-2” – “Turan Tovuz-2” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Şamaxı klubu 80 manat cərimə edilib.

İkinci Liqa, 5-ci tur

“Qusar” – “Şimal” oyununun matçöncəsi iclasında qonaq komandanın nümayəndəsi iştirak etmədiyinə görə “Şimal” klubu 80 manat cərimə edilib.

“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimə edilib. “Kür-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığına görə bu komanda 70 manat cərimə edilib.

“Göygöl” – “Şəki Siti” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Göygöl” 80 manat cərimə edilib.

Seçilən
2
23
arena.az

10Mənbələr