AZ

Türkiyə MN-dən xəbərdarlıq: "Ölkəmizə yönələcək hər cür təhlükəni məhv etməyə hazırıq"

"Türkiyə Silahlı Qüvvələri ölkəmizə hər cür təhdid və təhlükəni aradan qaldırmağa qadirdir".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu qətiyyətli xəbərdarlığı Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, blgədə İsrail-İran gərginliyindən başlayaraq Livana qədər hər şey diqqətlə izlənilir: “Milli Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri olaraq ölkəmizin müdafiəsi və təhlükəsizliyi ilə bağlı bölgəmizdə və dünyada baş verən prosesləri yaxından izləyir, çoxölçülü təhlükəsizlik strategiyası ilə qiymətləndirir, lazımi tədbirləri görürük. Beynəlxalq hüquqa məhəl qoyulmayan qeyri-insani hücumlar beynəlxalq təhlükəsizliyə təsir edir. Mövcud vəziyyət göstərdi ki, İsrailin hücumları təkcə Qəzza ilə məhdudlaşmayacaq, bütün regiona yayılacaq. Bu, bizim hər zaman narahat olduğumuz məsələ olub. Baxmayaraq ki, ölkəmizə yönələcək hər cür hücum və təhlükəni aradan qaldırmağa qadirik".

Nazirlik Livandakı Türkiyə vətəndaşlarının təxliyyə edilməsinin də gündəmdə olduğunu bəyan edib: "Artıq hazırlıqlar tamamlanıb...".

Xatırladaq ki, Prezident Ərdoğan son açıqlamasında İsrailin Türkiyə üçün də təhdid olduğunu deyib: "Livandan sonra İsrailin göz dikəcəyi yer bizim vətənimiz olacaq. Netanyahu Anadolunu xəyallarına daxil edir".

Samir Musayev
MİA.AZ

Seçilən
9
28
mia.az

10Mənbələr