AZ

Bakı Təşəbbüs Qrupu Afrikada fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edəcək

Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrlə sıx əməkdaşlıq həyata keçiririk.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrlə bir neçə ay öncə əməkdaşlığa başlayıblar:

“Biz bu istiqamətdə fəaliyyət göstərən fərqli siyasi partiyalar və qeyri hökumət təşkilatları ilə memorandumlar imzalayırıq. Gələcəkdə Afrikada fəaliyyət göstərən həm beynəlxalq, həm də qeyri-hökumət təşkilatları ilə Bakı Təşəbbüs Qrupu olaraq sıx əməkdaşlıq etməyi düşünürük”.

Seçilən
24
1
apa.az

2Mənbələr