Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrlə sıx əməkdaşlıq həyata keçiririk.
APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, müstəmləkəçilikdən əziyyət çəkən ölkələrlə bir neçə ay öncə əməkdaşlığa başlayıblar:
“Biz bu istiqamətdə fəaliyyət göstərən fərqli siyasi partiyalar və qeyri hökumət təşkilatları ilə memorandumlar imzalayırıq. Gələcəkdə Afrikada fəaliyyət göstərən həm beynəlxalq, həm də qeyri-hökumət təşkilatları ilə Bakı Təşəbbüs Qrupu olaraq sıx əməkdaşlıq etməyi düşünürük”.