AZ

Həbs müddətləri uzadıldı

"Toplum TV"nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin həbsdə saxlama müddəti uzadılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

Qərara əsasən, onun həbs qətimkan tədbirinin müddəti 3 ay daha uzadılıb.

Qeyd edək ki, Ə.Məmmədli bu ilin martında həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.

Eyni iş üzrə ittiham olunan Ruslan İzzətli və Akif Qurbanovun da həbs müddəti 3 ay uzadılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
3
11
milli.az

10Mənbələr