"Bayern"in üzvü Sven Ulyarx cəzalanıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb qolkiperin "Bayer 04"ün nümayəndə heyətinin üzvlərini təhqir etməsi olub.

Almaniya Futbol Federasiyasının Nizam-intizam Komitəsi futbolçunu 1 oyunluq cəzalandırıb, 20 min avro cərimələyib. Ulyarx rəqibdən üzr istəməli olub.

Qeyd edək ki, Bundesliqanın 5-ci turunda baş tutan matçda heç-heçə qeydə alınıb - 1:1.